SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin divası Bülent Ersoy barmağındakı bahalı üzük haqqında danışıb.
 
BAKU.WS-in məlumatına görə, bir festivalın açılışında səhnəyə çıxan müğənni buruq saçıyla diqqət çəkib. "Bu rəng, ilin modasıdı" deyən Ersoy zarafatlar edərək hər kəsi əyləndirib. 

Tez-tez daş-qaşları ilə gündəmə gələn sənətçi, bu dəfə barmağındakı bahalı üzüklərlə əlaqədar açıqlama verib. Ləl-cəvahirata olan marağından bəhs edən diva sözlərinə belə davam edib: "Tək daş üzüyüm bir vertolyot qiymətindədir. Yəni, gördüyünüz üzrə əlimdə vertolyot var. Digər sarı biriliyantı da özümə bayram hədiyyəsi olaraq almışam. Artıq onun dəyərini söyləməyi". 

Qazandığı pullarla daş-qaş alan Ersoy bahalı üzüyü ilə basdırılmaq istədiyini söyləmişdi. 500 min dollarlıq üzüyü ilə basdırılmaq istədiyini söyləyən Ərsoy, bununla da o biri dünyada par-par parıldayacağını bildirmişdi. 
 
BAKU.WS