SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Bülent Ersoy dünyasını dəyişən aktrisa, yaxın rəfiqəsi Oya Aydoğanın ölümünün yeddinci günündə məsciddə ona dua oxuyub.

BAKU.WS "Hüriyyet"-ə istinadən məlumat verir ki, müğənni dua oxunarkən göz yaşlarını saxlaya bilməyib. Bülent içəriyə girmədən əvvəl jurnalistlərə açıqlama da verib:

"Kədərdən başqa heç nə hiss etmirəm. Yeddinci gün duasını özüm oxumaq istədim. Aparıcı Lerzan Mutlunun ittihamlarına cavab verməyəcəyəm. Hər şeyin vaxtı var. İndi dua oxuyacam. İnşallah uca Rəbbim dualarımı Oyaya çatdırsın".

Ağ libasda və eynəkdə gələn Ersoy məsciddə bir saat qalıb. Dua edərkən sənətçi göz yaşlarını saxlaya bilməyib. Məsciddən çıxanda Ersoy çöldə salfet satan uşaqlara 100 lire pul verib, ətrafdakı insanlara pide və börək paylatdırıb. 
 
BAKU.WS