SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün məşhur aparıcı aktrisa Ece Erkenin əri, "Beşiktaş" idarə heyətinin keçmiş üzvü Şafak Mahmutyazıcıoğlunun öldürülməsi xəbəri Türkiyə gündəmini zəbt etdi.

BAKU.WS xəbər verir ki, İstanbulda restoranların birində baş verən qətlin artıq görüntüləri yayılıb.

Restoranın təhlükəsizlik kameraları tərəfindən anbaban görüntülənən insident zamanı qatillər əvvəl Mahmutyazıcıoğlunun yeyib-içdiyi masaya yaxınlaşıblar. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Bu zaman Şafakın ayağına iki güllə vurulub. 

Qatillər zərərçəkəni sürüyərək çölə çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Onun yerindəcə ayağına və bədəninə atəş açaraq öldürüblər. 7 güllə yarası alan Mahmutyazıcıoğlu xəstəxanada vəfat edib.

Məlumatlara əsasən, qatillərdən ikisi saxlanılıb. Digər 3 nəfərin axtarışları isə davam etdirilir.


BAKU.WS
VİDEO