VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanların reytinqli layihələrindən olan “Klon” serialının aktrisası vəfat edib.

BAKU.WS xəbər verir ki, ekran işində Simon rolunu ifa edən Fransuaza Forton dünyasını dəyişib.

O, serialda həkim Albierinin köməkçisi vəzifəsində idi. 64 yaşlı Fransuazanın uzun sürən xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 

Aktrisa ömrünün son dörd ayını klinikada keçirib. Onun xəstəliyi ilk dəfə 1989-cu ildə müəyyən edilib. 

Qeyd edək ki, Fransuaza 40-dan çox serialda müxtəlif rollar ifa edib. O, 2019-cu ilə qədər seriallara çəkilib.

 

BAKU.WS