Xalq artisti Röya Ayxan lüks evi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi dəbdəbəli mənzilində yaxın dostlarını qonaq edib. Onlar arasında rəqqasə Rəna Ağamuradova (Renka) və müğənni Abbas Bağırov da yer alıb.

Xalq artisti həmin an lentə alınan görüntüləri sosial şəbəkə hesabında yayımlayıb. Röya ilə dostlarının əyləncəli anları instaqram izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Videoda Röyanın milyonluq evi də gözlərdən yayınmayıb. Sənətçinin lüks və bahalı malikanəsi müzakirələrə səbəb olub.

Qeyd edək ki, ifaçı bir müddət əvvəl dəbdəbəli evində oğlu Hüseynə təmtəraqlı ad günü keçirmişdi.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO