SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər zaman açıq-saçıq geyimləri ilə gündəm olan müğənni Dilarə Kazımova bu dəfə də bütün diqqətləri üzərinə toplamağı bacarıb.

BAKU.WS xəbər verir ki, sənətçi yolka oyuncaqlarını şam ağacına yox, saçlarına taxıb. Yeni görünüşündə kamera qarşısına keçən Kazımova fotosessiya etdirib.

O, şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə də bölüşüb. Dilarə şəkillərinə “Siz yolka bəzəmisiniz?” qısa şərhini əlavə edib.

Kazımovanın bu görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İzləyicilərindən biri isə Kazımovanın məşhur müğənni Madonnanı təkrarladığını deyib. 

BAKU.WS
QALEREYA