SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, yeni layihəsi üçün kamera qarşısına keçərək fərqli obrazda şəkillər çəkdirib.

41 yaşlı Nigar qısa sarı saçları və parıltılı ağ libası ilə göz oxşayıb. O, cazibədar fotolarına “Məndən yoxdur heç yerdə... Tezliklə” qısa şərhini də əlavə edib.

Müğənninin yeni obrazı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanaraq müzakirələrə səbəb olub. İzləyicilərin böyük əksəriyyəti onu amerikalı məşhur aktrisa və müğənni Merilin Monroya bənzədiblər.  

Qeyd edək ki, Nigar sonuncu dəfə idman edərkən lentə aldığı görüntüləri ilə gündəmə gəlib. O, bu dəfə də fit və qüsursuz bədəni ilə bütün diqqətləri üzərinə toplamağı bacarıb.

BAKU.WS
QALEREYA