SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialına yeni aktyor daxil olub. 

BAKU.WS xəbər verir ki, ekran işində bu dəfə aktrisa Nergis Öztürk də yer alacaq. O, "Yargı"da Enginin vəkil xalası Seda obrazında olacaq. 

Qeyd edək ki, serialın baş rollarında aktyorlar Pınar Deniz və Kaan Urgancıoğlu çəkiliblər. Ekran əsərinin rejissorluğunu Ali Bilgin, ssenari müəllifliyini isə Sema Ergenekon edir.

Dram və triller janrlı serial ilk dəfə bu il sentyabrın 19-da ekranlara gəlib. Ekran işində cinayət hadisəsi zamanı yolları kəsişən Ilgaz və Ceylinin həyat hekayəsindən bəhs edilir.

BAKU.WS
QALEREYA