SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni ibrahim Borçalı oğlu Rəhim Həsənovun vəfatından sonra ilk dəfə efirə çıxıb.

BAKU.WS xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi övladının vəfatından və dəfnindən danışıb. Borçalı övladının nəşini atasının məzarı yanında dəfn edildiyini bildirib:

"İnsanın artıq başqa yolu olmur, taleyinlə barışırsan. Allah bütün şəhidlərimizin valideynlərinə səbr versin. Çox çətindir övlad dərdi. Oğlumu Gürcüstanda  atamın yanında dəfn etdik. Atamın adı da Rəhim idi. Elə onun yanında da torpağa tapşırdıq".

Daha sonra verilişdə həyatını ağır avtomobil qəzasında itirən Rəhimin son görüntüləri yayımlanıb. Bu zaman İbrahim Borçalı və studiyadakı digər qonaqlar göz yaşlarını saxlaya bilməyiblər.

Qeyd edək ki, 21 yaşlı Rəhim Həsənov Türkiyədəki universitetlərdən birində Ali təhsil alırdı. İfaçının bundan başqa orta məktəbdə oxuyan bir qız övladı da var. 

BAKU.WS
VİDEO