SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nadir Qafarzadə övladı Loğmanın toy tarixini açıqlayıb.

BAKU.WS xəbər verir ki, "Tam vaxtıdır" proqramına qonaq olan sənətçi oğlunun toyunun dekabrda olacağını bildirib:

"Toy dekabrdadır. Gününü deməyim, evdə qadağalarımız var. Oğlum istəmir ki, toyu çəkilsin, sosial şəbəkədə yayımlansın. Dekabrın ikinci yarısında toy olacaq", - deyə Nadir bildirib.

Qeyd edək ki, Loğman bu ilin iyulunda sevdiyi xanımla nişanlanıb. Müğənninin ikinci oğlu Əziz Rusiya şou biznesinə qatılaraq orada müğənnilik edir.

BAKU.WS
VİDEO