SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar fəxri ad qalmaqalı ilə gündəmdə olan müğənni Nadir Qafarzadə bu dəfə şəxsi həyatı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "Həmin Zaur" proqramına qonaq olan sənətçi bir müddət əvvəl nişanladığı oğlu Loğmanın gələcək həyat yoldaşından danışıb. İfaçı gəlininə bir sıra məsləhətlər verdiyini deyib:

"Gəlinim Gürcüstandan, Marneulidəndir. Ona demişəm ki, qızım, oğlumu sev və hörmət et. Təki hər zaman bir-birlərini sevsinlər. Xoşbəxt olsunlar. Biz də kənardan baxıb sevinib, onlara dəstək olaq. Bir də ona demişəm ki, başımızı uca et. Mən nəinki öz gəlinimə, hətta bizim gəlinlərimizin hamısına deyirəm ki, gəldiyiniz ailənin başını uca edin".

Qeyd edək ki, Nadir Qafarzadənin oğlu Loğman bir müddət əvvəl ailələr arasındakı kiçik mərasimlə sevdiyi xanımla nişanlanıb. Sənətçinin digər oğlu Əziz isə hazırda Rusiya şou-biznesinə qatılaraq müğənnilik edir.

BAKU.WS
VİDEO