SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Nadir Qafarzadənin oğlu Əziz Qafarzadə yeni klip çəkdirib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir Rusiya şou-biznesində fəaliyyət göstərən Əziz ”Rim” adlı mahnısını ekranlaşdırıb.

Klipdə Əzizin tərəf müqabili model Mariya Məmmədova olub. Ekran işinin rejissorluğunu Denis Kudryavtsev edib.

“Rim” Əzizin şəxsi yutub kanalına yerləşdirilib. Nadir oğlunun klipini şəxsi instaqram səhifəsində yayımlayaraq ona uğurlar arzu edib.

Qeyd edək ki, müğənninin iki oğlu var. Qafarzadənin digər övladı Loğman bir müddət əvvəl sevib-seçdiyi xanımla nişanlanıb. Onların yaxın zamalarda toyu olacaq.

BAKU.WS
VİDEO