SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevda Yahyayeva ilə həyat yoldaşı Zakir Bayramov “Zaurla Günaydın” proqramının qonağı olublar.

BAKU.WS xəbər verir ki, təmtəraqlı toydan sonra ilk dəfə efirə çıxan cütlük maraqlı açıqlamaları ilə diqqət çəkib. 

Zakir Sevda ilə birlikdə kitab oxuduqlarını deyib:

“Etiraf edim ki, mən Sevadan utanıram. Çünki ondan daha az oxuyuram. Deyirəm, bitirdiklərini heç oxumamışam. Elə bir sürət götürüb ki, ona çata bilmirəm. Mən elmi jurnallara daha çox üstünlük verirəm”.

Sənətçinin həyat yoldaşı tanınmış cütlük olmağın çətinliklərindən də danışıb:

“Marketə gedirəm, deyirlər ki, sizi yoldaşınızdan tanıdım. Mənə çətindir. Sərbəst ola bilmirəm. Ona görə Sevaya deyirəm ki, ailə üzvlərimizi çox göstərməyək”.

BAKU.WS
VİDEO