Zaurdan küsülü olduğu Xoşqədəmə təbrik mesajı - FOTO

Prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, aparıcı Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşaraq onu "ARB" kanalında yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
Prodüserin bu paylaşımına şərh yazanlar arasında Xoşqədəmin küsülü olduğu həmkarı Zaur Baxşəliyev də olub. O, təbrik statusuna "Uğurlar, xeyirli olsun" sözlərini yazaraq həmkarını təbrik edib.
X.Hidayətqızı da həmkarının şərhinə ürək işarəsi qoyub.
Xatırladaq ki, Xoşqədəmlə Zaur dəfələrlə verilişlərində bir-birlərinin ünvanına atmacalı fikirlər səsləndiriblər.

Oxşar xəbərlər
Tarix Əliyev: “Xoşqədəmlə mənim dərdimi çəkirlər”
Son zamanlar sosial şəbəkələrdə aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" televiziyasından ayrıldığı və yeni mövsümdən başqa kanalda aparıcılıq edəcəyi haqqında m...
