SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova 23 il əvvəl çəkdirdiyi klipi ilə bağlı bilinməyən məqamları açıqlayıb.

BAKU.WS xəbər verir ki, "Özəl" proqramına qonaq olan sənətçi sevilən ifalarından olan "Gözlərin deyir ki…" mahnısının ekranlaşdırılmasından danışıb. Dadaşova klipin çəkilişlərinin Gədəbəy rayonunda reallaşdığını bildirib:

"Bu klip 1998-ci ildə Gədəbəydə lentə alınıb. Bir az yumoristik mahnıdır. "Gözlərin deyir ki, sevirsən, sən mənim dərdimdən ölürsən" kimi sözləri var. Bu klipə görə Gədəbəydə 3 gün mənə adaxlı axtardıq. Dedik, görək kimi çəkəcəyik bu rola... Bizə ciddi görünüşlü deyil, yumoristik bir obraz lazım idi. Həmin vaxt Gəncədə qalırdıq. Çəkilişlər üçün hər gün Gədəbəyə gəlirdik. Çox adam istəyirdi ki, bu klipə çəkilsin. Nəhayət, biz istədiyimiz obrazı tapıb bu ekran işinə çəkə bildik".

Qeyd edək ki, "Gözlərin deyir ki…"nin musiqisi Faiq Sücəddinova, sözləri Baba Vəziroğluna aiddir. 

BAKU.WS