VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Sənətkarın 47 yaşı tamam oldu.


BAKU.WS-in məlumatına görə, xoş günündə sevənlərindən, dostlarından, doğmalarından saysız-hesabsız təbrik ismarışları alan Faiq Ağayev onların hər birinə minnətdarlığını bildirib.

"Cənab Qızıl Şlyaqer" sosial şəbəkə hesablarında paylaşdığı videoda bunları deyib:

"Əziz sevimli dostlar, bayaqdan saysız-hesabsız təbriklər gəlir. İnstaqram, Feysbuk, İnstaqramın direkti, mesencer, smslər, zənglər, votsap... Hamınıza hədsiz dərəcədə minnətdaram. Səmimiyyətinizə, doğmalıq göstərdiyinizə görə o gözəl təbriklərə var olun. Yaxşı ki, varımsınız. Sizin sevginizə daim layiq olmağa çalışacağam. Öpürəm və bütün qəlbimin səmimiyyəti ilə siz çox sağ olun deyirəm!"



1971-cı də Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı payızı-88” Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra “Qızıl Payız-89” Respublika müsabiqəsində, beynəlxalq “Vitebsk-90” müsabiqəsində, beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solistidir.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.


2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adı verilmişdir.


Bundan sonrakı bir neçə ildə Faiq Ağayev "Bal kimi", "Hiss et", "Odlanacaqsan", "Billahi", "Əlvida" və s. mahnıları ifa edir.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı "VIDA" solo konsertləri keçib.

Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

2013-cü və 2015-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

Hüseyn Məmmədsalahov
BAKU.WS