SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Günel Zeynalova İbrahim Tatlısesin oğlu İdo Tatlısesin toyunda iştirak edib.

BAKU.WS xəbər verir ki, sənətçi toyda səhnəyə çıxaraq müxtəlif ifalar səsləndirib.

Sənətçi Tatlısesin şad günündən lentə alınan fotoları şəxsi instaqram hesabında yayımlayıb.

Zeynalova şəkillərə ürək sözlərini yazaraq İdonu təbrik edib:

“Bəzən bir ailə olmaq üçün eyni qanı daşımaq vacib deyil. Biz İdo ilə birlikdə böyüdük. Onun 6 yaşı var idi. Vaxt elə tez keçdi ki... Gözəl gəlinimizə xoşbəxtlik arzu edirəm”.

Qeyd edək ki, İdo Tatlıses 2017-ci ildən sevgili olduğu model Yasemin Şefkatli ilə ailə həyatı qurub.

BAKU.WS
QALEREYA