SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Turan İbrahimov qısa müddət əvvəl çalışmağa başladığı “Space” telekanalı ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu haqda aparıcı özü bildirib. Turan İbrahimov artıq televiziya sahəsində işləməyə həvəsi olmadığını, bundan sonra özünü PR, media və kommunikasiya mütəxəssisi kimi sınayacağını bildirib:

“Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq, bu mövsüm “Space Tv” də çalışmamaq qərarını vermişəm. Buna səbəb isə ümumilikdə televiziya sahəsinə həvəsimin olmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il əvvəl mənə ikinci iş kimi çox sərfəli idi.

Bir daha deyirəm, televiziyaya həvəsim qalmayıb. Həm də TV-lər, xüsusilə də özəl kanalların əksəriyyəti peşəkar insanlar üçün ciddi iş yeri olma xüsusiyyətini itirib. Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvaldayam.

Gözləntilərim başqadır. Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, media və kommunikasiya mütəxəssisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”.

Qeyd edək ki, Turan İbrahimov “Space” telekanalında “Xəbərlər informasiya proqramı”nın aparıcısı idi.

BAKU.WS