SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Rasim Balayev düşmən tapdağından azad olunan Şuşaya gedib. Cıdır düzündə torpağı öpən sənətkar duyğulu anlar yaşayıb.

BAKU.WS xəbər verir ki, həmin görüntülər Lalə Azərtaşın aparıcılığını etdiyi “Birinci Studiya” proqramında nümayiş olunub.

Aparıcı Xalq artistinin sağlamlığı ilə bağlı problemlər yaşasa da, Şuşaya getdiyini bildirib.

“Arzu edirəm ki, bütün insanların, el-obamızın arzuları həyata keçsin. Sağ olsun, bizim Ali Baş Komandanımız, əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz, ruhları şad olsun. Bu günü bizə göstərdilər. Allaha çox şükür. Çox şükür ki, arzum yerinə yetdi”, - deyə Rasim Balayev qeyd edib. 

Qeyd edək ki, Rasim Balayev sonuncu dəfə 1986-cı ildə Şuşada olub. 35 il əvvəl baş tutan həmin səfər zamanı sənətkarın ailəsi ilə birlikdə İsa bulağında çəkilən fotosu sosial şəbəkələrdə yayılıb.

BAKU.WS
VİDEO