130 kiloqramdan 59 kiloqrama düşən müğənni: "Acanda dişimi fırçalayıram"

130 kiloqramdan 59 kiloqrama düşən müğənni: Acanda dişimi fırçalayıram
Foto
Şou-biznes 133

Məşhur müğənni Işın Karacanın 130 kiloqramdan 59 kiloqrama qədər arıqlaması müzakirələrə səbəb olub. Onun hansı üsulla bu qədər çəki atması böyük maraq yaradıb.

BAKU.WS xəbər verir ki, Karaca arıqlama prosesində aralıqlı oruc tətbiq etdiyini və bəzən bədənini ənənəvi vərdişlərindən azad edərək fərqli rejimlər sınadığını bildirib.

Boyunun 1,75 metr olduğunu qeyd edən müğənni, bununla da çəkisi ilə bağlı illərdir davam edən müzakirələrə də son qoyub.

130 kiloqramdan 59 kiloqrama düşən müğənni:

Bir televiziya proqramında səmimi etiraflar edən Işın Karaca, keçmiş çəkisini də gizlətməyib:

"130 kiloqramla başlayan bir qadın idim, indi isə 59 kiloqramam. Aclıq hissi ilə mübarizədə özüməməxsus üsullarından istifadə etdim. Məsələn acanda dişlərimi fırçalayırdım. Həqiqətən aclıq hissini aradan qaldırır. Lakin əvvəllər yerimdən oyanıb dürüm yeyən adam idim. Tətbiq etdiyim üsul hər kəs üçün uyğun olmaya bilər. Bu şəxsi iradə və fərqindəlik nəticəsində mümkün olub".

Son xəbərlər