VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prodüser Tarix Əliyev (Tolik) gələcək planları ilə bağlı maraqlı açıqlama verib. 

BAKU.WS-in məlumatına görə, özünə təmtəraqlı ad günü keçirən prodüser "ATV maqazin onlarla" verilişinə müsahibəsi zamanı övlad sahibi olmaq istədiyini bildirib. Tolik ata olmaq üçün süni mayalanma yolundan istifadə edə biləcəyini söyləyib:
 
"Bir gün eşidəcəksiniz ki, Tolikin toyu olub. Mən gizlin kiçik məclis etməyi düşünürəm. İstəmirəm ki, kimsə desin Tolik yalandan evlənib. Çünki, bəziləri evlənir, 6 aydan sonra boşanır. Mən ailədə çox övlad arzulayıram. İstəyirəm xaricə gedim, orada süni mayalanma yolu ilə övlad sahibi olum".

BAKU.WS