SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir neçə güdür koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.

Bu haqda BAKU.WS-ə sənətçinin kürəkəni Razim Qarayev məlumat verib. Onun sözlərinə görə, ötən gündən etibarən sənətçinin səhhətindən heç bir irəliləyiş müşahidə edilməyib:

“Dünən axşam saatlarına qədər vəziyyətində heç bir dəyişiklik yox idi. Lakin axşam həkimlər bildirdi ki, səhhəti daha da pisləşib. Lakin bu gün səhər, yarım saat əvvəl həkimlərlə danışdım. Vəziyyətinin stabil olaraq qaldığını bildirdilər. Həyat yoldaşı da oradadır. Onun da müalicəsi davam edir”.

Qeyd edək ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli xəstəxanasından müğənninin 80% oksigen dəstəyi aldığı haqqında məlumat verilib.

BAKU.WS