SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Səyyad Əlizadədən sonra həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

*** 10:09

Ötən gün xəstəxanaya yerləşdirilən müğənni Səyyad Əlizadədən xəbər var.

Bu haqda BAKU.WS-ə açıqlama verən sənətçinin kürəkəni Razim Qarayev onun səhhətində heç bir irəliləyiş olmadığını bildirib.

“Səyyad bəyin vəziyyəti, demək olar ki, stabildir. Heç bir dəyişiklik yoxdur. Həkimlər də hələ ki bir irəliləyiş olmadığını deyirlər. Boğazına şlank salıblar, hələ süni nəfəs aparatına qoşulu vəziyyətdədir. İnşallah, biz də ümidlə yaxşı xəbər gözləyirik”.

Qeyd edək ki, 10 gündür koronavirusa yoluxan Səyyad Əlizadə ötən gün vəziyyəti ağırlaşdığı üçün təcili olaraq xəstəxanata aparılıb. Sənətçi hazırda Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasındadır.

BAKU.WS