SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramında qonaq olan rəqqasə, 19 yaşında itirdiyi atsından danışıb.

O, valideyninin son nəfəsində yanında ola bilmədiyini deyib:

“Həyatım nə qədər yolunda olsa da, atama hər zaman ehtiyac duyuram. Düşünürəm, hardasa məni izləyir. Tez-tez gedib məzarını ziyarət edirəm, ürəyimi açıb ona danışıram. Deyirəm kaş o, olaydı, bu problemimi həll edərdi.

Onu itirəndə 19 yaşım var idi. Atama çox bağlı idim, sirdaşım idi. Xəstə olanda o qədər uşaqlaşdı ki, bizdən üzümüzə baxıb kömək istəyirdi.

O, rəhmətə gedəndə yanında ola bilmədim, mənə demədilər. Dedilər, get evə, halı pisləşib, səni gəlib götürəcəyik. Aldatdılar məni. Kirayə qalırdım, bütün işıqları söndürmüşdülər. Bilmədim, qaranlıqda qapını necə bağladım, şam yerə düşdü, uşağın barmağını dişlədim. Xəstəxanaya zəng edəndə, mənə kobud şəkildə dedilər ki, nə istəyirsən, apardılar!

O səsi eşidəndə məni görəydiniz. Atamı itirəndən sonra həyatım tamam dəyişdi, sanki bir divarı, dayağımı itirdim”.

BAKU.WS
VİDEO