VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günə qədər şou-biznesdə tanınmış simaların bəzisi ailəsinə görə, bəzisi həyatında baş verən dəyişikliyə görə ya sənətdən ayrı düşüb, ya da birdəfəlik bu sənətlə vidalaşıb. Onlardan bəziləri yenidən bu aləmə qayıdıb. Bəs, görəsən, o müğənnilər əvvəlki populyarlıqlarını qaytara biliblər?

BAKU.WS xəbər verir ki, “Mtv” kanalı şou-biznesi tərk edib, yenidən qayıdan məşhurlar haqqında araşdırma aparıb. Siyahıda Aynur Dadaşova, Arzum Xəlilova, Ayan Babakişiyeva, Safura Əlizadə kimi sənətçilər var.

Bir zamanlar ulduzu parıldayan müğənni Aynur Dadaşova oxuduğu mahnıları ilə daha tez-tez gündəmə gəlirdi. Onun ifaları dillər əzbəri idi. Müğənni ailə həyatı qurduqdan sonra sənətdən tamamilə uzaqlaşdı. Hazırda sənətə dönüş edən Dadaşova əvvəlki uğurunu qaytara bilmir.

Mahnıları və rəqsləri ilə şou-biznes aləminə bomba kimi düşən müğənni Arzum Xəlilova sənətinin ən pik vaxtında ailə həyatı quraraq səhnədən uzaqlaşdı. Onun əri türk vətəndaşıdır. Bir müddət əvvələdək Antalyada yaşayan sənətçi hazırda ailəsi ilə birlikdə İstanbula köçüb. Cütlüyün Melina adlı qızı var. 2005-1011-ci illərdə müğənnilik edən Arzum “Qara-qara” mahnısı ilə məşhurlaşıb. Hazırda onun sənətə qayıtmaq fikri yoxdur.

Avroviziya təmsilçilərimizdən olan Safura Əlizadə də sənətini pik zirvəsində tərk edən məşhurlardandır. O, mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quraraq uzun müddət şou-biznesdən kənar qaldı. Cütlüyün iki oğul, bir qız övladı var.

Yenidən sənətə dönüş edən Safura bu yaxınlarda “Ağla” adlı sinqlını və albomunu təqdim etdi. Safuranın qayıdışı şou aləminə səs saldı. Onun yeni klipi pərəstişkarları tərəfindən çox bəyənildi.

“Yeni ulduz” yarışması ilə tanınan Aygün İsmayılova 2013-cü ildə Haluk adlı türk vətəndaşı ilə evlənərək sənətdən uzaqlaşıb. Cütlük hazırda İstanbulda yaşayır. Xoşbəxt ailə həyatı olan sənətçi hələ ki sənətə qayıtmaq haqqında fikiləşmir.

Sənətə gəldiyi anda tez bir zamanda populyarlıq qazanan müğənni Ayan Babakişiyeva paytaxtı tərk edərək Türkiyəyə köçdü. Bununla da sənətdən uzaqlaşan ifaçı bir neçə ildən sonra yenidən qayıtdı. Ayan hazırda əvvəlki kimi sevilməkdədir.

BAKU.WS