SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşova arxiv görüntülərini yayımlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında 27 il əvvəl lentə alınan videosunu paylaşıb.
Dadaşova görüntülərdə saç stili və makiyajının özünə aid olduğunu bildirib:

“Bu da bizim Azərbaycan sənət musiqisi… Modelyerlərin, imicmeykerlərin, bahalı salonların, “Make up”ların olmadığı 1994-cü il, Gülüstan sarayı… Stil, “make up”, saç – bunların hamısını öz zövqümlə özüm etmişəm. Çətin idi… Azərbaycanda xalq musiqisini müasir formada təqdim etmək üçün yeni cıdır açmağa çalışdığım vaxtlar idi”.

Xalq artistinin 27 il əvvəlki görüntüləri müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri “Hər şeyin təbii olan vaxtı... Siz o vaxtlar da zövqlü görünürdünüz”, “Hamı özünü sizə bənzətmək istəyirdi, saç düzümünü, paltarını... Siz bənzərsizsiniz, ikonsuz... ”, “Necə gözəlsiniz və füsunkarsınız” kimi şərhlər yazaraq Dadaşovanın ünvanına xoş sözlər söyləyiblər. Videoya minlərlə “like” gəlib.

BAKU.WS
VİDEO