SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın “İmedi” telekanalının jurnalisti Lana Poqosova Tbilisidə parlament binası yaxınlığında “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz edənlərlə polis arasında baş verən qarşıdurmada xəsarət alıb.

Kanaldan verilən açıqlamaya görə, o, xəstəxanaya yerləşdirilməli olub.

Qeyd edək ki, aprelin 28-də Tbilisidə qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri “Xarici agentlər haqqında” qanuna etiraz olaraq aksiya keçiriblər. Bir neçə min nümayişçi Birinci Respublika meydanına toplaşaraq parlamentə yürüş təşkil edib. Daha sonra parlament binası qarşısında etirazçılar aprelin 29-da mitinq keçirəcək hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının tərəfdarları üçün qurulmuş səhnəyə buraxılmağı tələb etdikdə polislə toqquşma baş verib. Polis bir neçə dəfə bibər qazından istifadə etməli olub.

Hazırda parlament binası yaxınlığında vəziyyət sakitdir, etirazçıların əksəriyyəti dağılışıb.

BAKU.WS