SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib.

Meteorologiya hesabatına görə, bəzi ərazilərdə tozun daşınması davam edir.

Qurum tərəfindən verilən son məlumatlara görə, ölkənin bəzi yerləri parçalı buludlu, Mərmərənin şimal və şərqi, Daxili Ege, Şərqi Aralıq dənizi ilə Toroslar, İç Anadolu, Osmaniye, Kahramanmaraş , Şanlıurfa, Qaziantep və Kilis ətrafında göy gurultulu leysan yağacağı ehtimal edilir.

Yağışların gündüz Kastamonu, Çankırı, Kırıkkale, Yozqat, Kırşehir və Çorum ətrafı ilə Ankaranın şərq rayonlarında təsirli olacağı gözlənilir.
Cənub ərazilərdə tozun daşınması gözlənilir.

BAKU.WS