SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl Yunanıstanın cənubu üzərindəki səmanın narıncı rəngə çevrilməsinə səbəb olan Şimali Afrikadan gələn toz buludları indi Türkiyədə də təsirini göstərməyə başlayıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Meteorologiya Ümumi Müdirliyi 44 şəhər üçün sarı xəbərdarlıq edib.

Sözügedən şəhərlər Adana, Adıyaman, Afyonkarahisar, Amasya, Ankara, Antalya, Aydın, Bolu, Burdur, Çankırı, Çorum, Dənizli, Əskişəhər, Qaziantep, Hatay, Isparta, Mersin, Kastamonu, Kayseri, Kırşehir, Konya, Kütahya, Malatya, Kahramanmaraş, Muğla, Nevşehir, Niğde, Ordu, Samsun, Sinop, Sivas, Tokat, Şanlıurfa, Uşak, Yozgat, Zonguldak, Aksaray, Karaman, Kırıkkale, Bartın, Karabük, Kilis, Osmaniye, Düzcedir.

Toz buludunun Sahara səhrasından Avropaya daşınması Türkiyə və Yunanıstan başda olmaqla bir çox Cənubi Avropa ölkələrində səmanın narıncı rəngə çevrilməsinə, havanın keyfiyyətinin və görmə qabiliyyətinin azalmasına səbəb olub.

Tekirdağ üzərindən Türkiyəyə daxil olan və ölkənin qərb bölgəsini təsir edən səhra tozunun İstanbulda daha 3 gün davam edəcəyi təxmin edilir.

BAKU.WS