Müğənni Tunar Rəhmanoğlu bacısı Günel Zeynalova haqqında maraqlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, “7 Canlı” verilişinə qonaq olan Tunardan Günelin ən bahalı libasının qiyməti soruşulub.

O isə cavabında bacısının geyimə çox pul xərclədiyini və 300-400 ayaqqabısı olduğunu bildirib:

"Geyimə çox pul xərcləyir. Evdə 300-400 ayaqqabısı var. Onları satsan, bir villa almaq olar. Hərdən deyirəm ki, bunları istəyən varsa, sataq hamısını..."

Daha sonra Zeynalova ən bahalı geyiminin qiymətini açıqlayıb: "Ən bahalı libasımı Tunarın toyunda geyinmişəm. Qiyməti 17 min lirə (təxminən 3400 AZN) idi", - deyə Günel bildirib.

BAKU.WS