Həbib Nurmaqomedov: "Ançelotti böyük təzyiq altındadır"
UFC-nin keçmiş yüngül çəki çempionu Həbib Nurmaqomedov 2026-cı il Dünya çempionatının 1/16 final mərhələsində keçiriləcək Braziliya – Yaponiya oyunu ilə bağlı fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, tanınmış idmançı bildirib ki, qarşılaşmanın olduqca maraqlı keçəcəyini gözləyir:
"Bu gün Braziliya Yaponiya ilə qarşılaşacaq. Komandaların son yoldaşlıq oyununda yaponlar qalib gəlmişdilər. Bu dəfə də maraqlı mübarizə gözlənilir. Karlo Ançelotti böyük təzyiq altındadır. Yaponiya millisi meydana rahat çıxacaq və öz futbolunu oynayacaq. Braziliya haqqında isə bunu demək çətindir", – deyə o, teleqram kanalında yazıb.
Qeyd edək ki, Həbibin xatırlatdığı yoldaşlıq görüşü 15 oktyabr 2025-ci ildə keçirilib. Həmin qarşılaşmada Yaponiya millisi Braziliyanı 3:2 hesabı ilə məğlub etmişdi.
Oxşar xəbərlər
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. BAKU.WS xəbər verir ki, bu barədə AFFA prezidenti...