Emin Ağlarov İsmayıllıda klip çəkdirdi - VİDEO

Xalq artisti Emin Ağlarov sevənlərinə yeni klip təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Otpusti i leti" adlı mahnısını Azərbaycanın dilbər guşələrindən olan İsmayıllıda lentə aldırıb.
Bu haqda ifaçı şəxsi “Instagram” hesabında məlumat verib. Xalq artisti klipin İsmayıllıda çəkilməsinin şəxsi fikri olduğunu bildirib:
“İndiyə qədər belə bir klip çəkdirməmişdim. Ekran işinin çəkilişlərinə 3 gün vaxt sərf olunub. Klip əvvəl İsmayıllıda, daha sonra Xızıda lentə alınıb.
Çəkilişlər Azərbaycanda heç vaxt olmadığım yerlərdə çəkildiyinə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, klipin rejissorluğunu Katya Yak edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
