VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Afaq Bəşirqızı vəfat edən Ramiz Əzizbəylidən danışıb.

BAKU.WS xəbər verir ki, “Elgizlə İzlə” proqramına telefonla bağlanan aktrisa illərdir Xalq artisti ilə aralarında yaranan soyuq münasibətə aydınlıq gətirib.

A.Bəşirqızı onunla küsülü olmasına baxmayaraq, yasına gəlmək istədiyini deyib:

“Heç kəs onun vəfat xəbərini mənim kimi dəyərləndirə bilməz. Hətta doğmaları da... Bir yerdə işlədik. Tarix boyunca yaşayacaq “Bəxt üzüyü” filmini yaratdıq. O ekran işi həmişə yaddaşlarda qalacaq. Biz əsl tragikomediyanı yaratdıq. Bu filmdən sonra Ramiz məşhurlaşdı və xalqın sevimlisinə çevrildi. O, çox sevirdi şöhrəti. İstəyirdi ki, onu tanısınlar. Çünki o, kinematoqrafiya sahəsində çox əziyyət çəkmişdi. Allah ona rəhmət etsin.

Ona qarşı heç vaxt hörmətsizlik etməmişəm. Ramiz məndən barışıq üçün addım gözləyirdi. Qoy indi utansın o jurnalist. Çünki bizi bir-birimizə vurdu. Mən onu heç vaxt pis insan kimi qəbul etməmişəm. Sözün açığı çox istədim ki, onun yasına gəlim, amma olmadı. Çox heyfslənirəm. Bu dünyadan bir Ramiz keçdi”.

Qeyd edək ki, “Bəxt üzüyü” filmi çəkildikdən sonra Ramiz Əzizbəyli ilə Afaq Bəşirqızı arasında soyuqluq yaranıb. Xalq artisti bir müddət əvvəl verdiyi müsahibələrdən birində aktrisadan incidiyini deyib.

BAKU.WS
VİDEO