SİZİN REKLAM BURADA!
055 213 76 73


"Fikrimcə, bir nəfər konkret mənimlə düşmənlik aparır. Bu yolla gündəmə gəlmək istəyir. Susmağım o aciz bəndəni narahat edir. Amma artıq "Instagram"da deyil, üz-üzə görüşüb həddini bildirməyin vaxtıdır".

BAKU.WS azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifova haqda yazıb.

O, statusa bunları da əlavə edib:

"Bir də ki, başsız, sahibsiz qadına qadın demirlər. Qadında abır-həya yaxşı şeydir. O, hər murdarlığa əl atır. Öz doğmamın üzərindən mənə söz atıb gündəmə gəlmək istəyən, səninlə tezliklə görüşəcəyik.

Sən "qaşındın", səni təkbətək "qaşımalı" olacam. Səbirli ol. Bu günə qədər yazığım gəldiyi üçün susdum. Amma sən həddini aşdın.

Adama deyərlər, sən kimin dərdini çəkirsən? Cəsarətin varsa, çıx qarşıma. Çoxu düşünür ki, onunla söhbətim kiminsə üstündədir. Yox, dostlar. Mənim həyat yoldaşım onu heç tanımır və üzünə də baxmaz.

Burada söhbət hansısa kişidən getmir. Bunu "qaşındıran" başqa şey olmalı. Əl çək! Şeytan sifətini hamıya bildirdin. Bəsdir, əlimdə öləcəksən. Qaçma, çıx qarşıma".

Qeyd edək ki, V.Şərifova Şəbnəmə replika ataraq onun ünvanına sərt sözlər yazıb. Hətta o, həmkarını qəfil dünyasını dəyişən "Media show" menecerlik şirkətinin rəhbəri Ceyhun Əsədovu şərləməkdə günahlandırıb.

BAKU.WS