SİZİN REKLAM BURADA!
055 213 76 73


"Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər".

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Instagram"da canlı yayımda olarkən deyib. Sənətçi ona ünvanlanan sualları cavablandırıb. Oksana müğənni Xatirə İslamın verilişlərə çıxmaq üçün pul istəməsi məsələsinə reaksiya verib:

"Nəticədə sən efir sayəsində tanınmış sima olmusan. Düzgün olmaz, bu, lazım deyil. Əvvəlcədən belə hal olsaydı, deyərdim yaxşı. Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl.

Amma indi büdcə yoxdur axı. Bir çox hallar var ki, seriallar, film üçün büdcə yüksək olmur. Balaca bir məbləğlə nələrsə etməyə çalışırıq. Kimisə bu mövzuda zorlamağı istəməzdim".

BAKU.WS