13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Tanınmış müğənni Afaq Aslan keçmiş sevgilisi tərəfindən şantaj edilir.

BAKU.WS açıqlama verən müğənni çətin günlər yaşadığını deyib. O bildirib ki, neçə müddətdir keçmiş sevgilisi tərəfindən ölümlə hədələnir və şantaj edilir:
 
"Artıq xeyli müddətdir ki, yaradıcılığımdan uzaq düşmüşəm. Şəxsi həyatımda yaranan problemlərə görə, bir çox yerlərdən uzaq düşdüm. Bu günə qədər susdum, dedim bəlkə düzələr. Amma demək istəyirəm ki, keçmiş sevgilim tərəfindən təzqiqlərə məruz qalıram. Şantaj olunuram, ölümlə hədələnirəm. Artıq demək olar ki, mənim həyatım təhlükədədir. Bu adam mənim "İnstagram” səhifəmin parolunu sındırıb və orada mənim adımdan adiyətsiz paylaşımlar edib. Bu sözləri deməkdə məqsədim  odur ki, sabah mənim başıma bir şey gəlsə, bilsinlər ki, bunu keçmiş sevgilim edib. Bu insan mənlə barışmaq, ailə qurmaq üçün bir çox variantlara əl atır. Amma məni anlamayan insanla ailə qura bilmərəm”.

A.Aslan başına gələn son hadisələrdən sonra yeni layihələr üzərində işlədiyini deyib:
 
"Atıq hər şeyi unuduram. Həyaatda yeganə stimul alacağım iş, sənətimdir. Həyatımı hansısa insanın yalanı, üstündə qurmaq istəmirəm. Öz biznesimi qurmuşam. Kiminsə də maddi dəstəyinə ehtiyacım yoxdur. Elə buna görə də "sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi Fərahim Sadiqə məxsus "Ehtiyacım yox” adlı mahnı ifa etdim. Düşünürəm ki, uzun fasilədən sonra ifa etdiyim bu yeni mahnı dinləyicilər tərəfindən seviləcək”. 
 
BAKU.WS