SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Eurovision” təmsilçimiz Səmra Rəhimli "Globen Arena”da ilk məşqini edib.

BAKU.WS "Qafqazinfo”ya istinadən məlumat verir ki, müğənni səhnədə çıxışını "Youtube” sosial şəbəkəsində canlı yayımlayıb.

S.Rəhimli bununla da Avropa Yayım Birliyi (EBU) qaydalarını pozmuş olub. EBU qaydalarına görə, "Eurovision” təmsilçilərinin ilk sınaq çıxışları yayımlanmamalıdır. Bu hüquq təkcə "Eurovision”un rəsmi saytı və "youtube” səhifəsinə aiddir.

"Eurovision Times” saytı iddia edir ki, EBU qayda pozuntusuna görə, Azərbaycan nümayəndə heyətinə xəbərdarlıq edib, cərimələyib.

Bu məqamda qeyd edək ki, ötən il eyni hadisəni Rusiya təmsilçisi Polina Gagarina da etmiş, EBU tərəfindən cərimələnmişdi.

İTV rəsmisi isə "Qafqazinfo"ya açıqlamasında televiziyaya belə bir məlumatın daxil olmadığını bildirib.
 
BAKU.WS