SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində səsvermə prosesi davam edir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, prosesi yerli və MDB-dən olan müşahidəçilərlə bərabər ATƏT rəsmiləri də izləyir.

37 saylı Nizami birinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var.

DSK üzrə seçici sayı 33 469 nəfərdir. Onlardan 32 899 nəfəri açıq, 570 nəfəri isə qapalı məntəqədə səs verəcək.

DSK üzrə seçki prosesini 562 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyir.

38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə 24 açıq, 1 qapalı məntəqə var.

DSK üzrə seçici sayı 34 370 nəfərdir.

Onlardan 33 870 nəfəri açıq, 500 nəfəri isə qapalı məntəqədə səs verəcək.

DSK üzrə seçki prosesini 388 yerli, 8 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB) izləyir.

39 saylı Kəpəz birinci Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var.

DSK üzrə seçici sayı 41 521 nəfərdir. Onlardan 39 161 nəfəri açıq, 2 360 nəfəri isə qapalı məntəqədə səs verəcək. 18 yaşı tamam olan seçici sayı 73-dür. 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsi üzrə ən yaşlı seçici 104 yaşlı Babayeva Yəmən Mürsəl qızıdır.

DSK üzrə seçki prosesini 479 yerli, 10 beynəlxalq müşahidəçi (4-ATƏT, 4-MDB) izləyir.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 42 090 nəfərdir. 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsinin 11 məntəqəsində veb-kamera quraşdırılıb.

DSK üzrə 18 yaşı tamam olan 27 nəfər ilk dəfə səs verəcək. Ən yaşlı seçici 100 yaşlı İmanov Fərman Həmzə oğludur.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə seçki prosesini 614 yerli, 9 beynəlxalq müşahidəçi (4-ATƏT, 5-MDB) izləyir.

Gəncədə 4 DSK üzrə ümumilikdə 111 məntəqə fəaliyyət göstərir. Seçki məntəqələrindən 4-ü qapalıdır. Gəncə üzrə səsvermə hüququ olan vətəndaşların sayı 151 450 nəfərdir.

Onlardan 105-i ilk dəfə səs verəcək. Gəncə şəhər Kəpəz və Nizami rayonları üzrə Milli Məclisə 4 deputat seçiləcək. Gəncə üzrə qeydə alınan namizəd sayı 36-dır.

BAKU.WS
QALEREYA