SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü daha bir qurum “exit-poll” keçirəcək.

BAKU.WS secki-2020.az-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.

MSK-nın iclasında  2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu Fransanın "Opinion Way" təşkilatı ilə “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

Bu təşkilat 118 dairə üzrə 236 məntəqədə prosesi həyata keçirəcək. Təşkilatda gənclər üstünlük təşkil edir. Prosesə nəzarət üçün qrup liderləri müəyyənləşdirilib. Qrup liderləri gənc müsahibəçilərin və supervayzerlərin işinə nəzarət edəcək.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə və “Rəy” Monitorinq Mərkəzi “exit-poll” keçirəcək qurum kimi qeydə alınıb.

BAKU.WS