SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev “Facebook” səhifəsində təşviqat kampaniyası ilə bağlı daha bir paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, paylaşımında aşağıdakıları qeyd edib:

“Yasamal infrastruktur yenilənməsi, abadlıq, yolların təmiri, əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması istiqamətində görülən işlər baxımından Bakının ən genişmiqyaslı dəyişikliklərin baş verdiyi rayonudur.

Yasamalın siması ən çox 17 saylı üçüncü seçki dairəsinin hüdudlarına daxil olan ərazidə yenilənib. Seçicilərimizlə açıq havada məhz bu dəyişikliklər və görüləcək işlər barədə müzakirə apardıq. Yasamalı daha da gözəl günlər gözləyir!”

BAKU.WS
QALEREYA