Zeekr Azərbaycandan premium elektrik avtomobil üçün daxili kredit imkanı

Zeekr Azərbaycandan premium elektrik avtomobil üçün daxili kredit imkanı
Promo 189

Zeekr Azərbaycan, elektrik avtomobil bazarında fərqlənən Zeekr 001 modeli üçün yeni və sərfəli daxili kredit kampaniyasını elan edib. Yeni imkanlar çərçivəsində alıcılar 8% ilkin ödənişlə, 30 ayadək daxili kreditlə avtomobili indi əldə edə bilər, ödənişlərə isə yalnız 2 ay sonra başlamaq mümkündür.

Daxili kredit prosesi bank və lizinq şirkətləri olmadan, birbaşa Zeekr Azərbaycan tərəfindən həyata keçirilir. Müştərilər üçün sürətli, şəffaf və sadələşdirilmiş sənədləşmə proseduru təqdim olunur. Eyni zamanda, bütün xərclər ilkin ödənişə daxildir.

Premium sinifə aid olan Zeekr 001 modeli yüksək texnologiyası, futuristik dizaynı və elektrik yürüş performansı ilə seçilir. Brend tərəfindən bu modelə 8 il və ya 200 000 km rəsmi zəmanət təqdim olunur.

Zeekr Azərbaycan rəsmi nümayəndələrinin verdiyi məlumata əsasən, kampaniyanın məqsədi müasir texnologiyaya sahib elektrik avtomobillərinin daha geniş auditoriya üçün əlçatan edilməsidir.

Ətraflı məlumat üçün *2229 nömrəsinə zəng edə və ya Zeekr Azərbaycan rəsmi satış mərkəzinə – Aşıq Molla Cümə küçəsi 36 ünvanına yaxınlaşa bilərsiniz.

Son xəbərlər