Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu
19–20 noyabr 2025-ci il tarixlərində Bakı Marriott Hotel Boulevard-da keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda Yelo Bank rəsmi tərəfdaş qismində iştirak edib. Forumun builki mövzusu "Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq" olub.
Tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri bank sektorunda innovativ həllər, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
Yelo Bank ölkəmizdə keçirilən bu nüfuzlu maliyyə və bankçılıq tədbirinə verdiyi tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, forum Mastercard tərəfdaşlığı ilə, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Bank xidmətlərinə dair (məs: tecili pul krediti) əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Qalereya
Oxşar xəbərlər
"Xiaomi" brendi "REDMI Note 15" seriyasını təqdim edir: "REDMI Titan Durability" etibarlılığı və flaqman imkanları
"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Note 15 Pro və REDMI Note 15 modellərinin daxil olduğu "REDMI Note 15" seriyasının qlobal bur...