"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25 % artırıb
"Yelo Bank" ASC 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Hesabat dövrünün nəticələrinə əsasən, Bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb.
Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:
2026-cı ilin ilk üç ayı ərzində "Yelo Bank"ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25 % artaraq 51 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 milyon manatı ötüb. Rüb ərzində Bank 6,6 milyon manat xalis mənfəət əldə edib.
Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13 % (120 milyon manat) artaraq 1 milyard 80 milyon manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən Bankın biznes kredit portfeli 672 milyon manat təşkil edir ki, bu da ümumi portfelin 62 %-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15 % (55 milyon manat) artaraq rübün sonuna 410 milyon manat olub.
Müştərilərin maliyyə tərəfdaşı olaraq Banka olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16 % (147 milyon manat) böyüyərək 1 milyard 60 milyon manatı ötüb.
Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 milyon manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13,48 %, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11,69 % olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.
Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 milyard 513 milyon manat səviyyəsindədir.
"Yelo Bank" ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də "Yelo Bank" texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir.
Sərfəli kredit online şəkildə əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!
Oxşar xəbərlər
Azercell-in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub
Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib Azercell-in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin...