Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi

Türkiyə mətbəxinin ləziz məkanı Günaydın restoranına 5 ulduz sertifikatı verildi
Foto
Promo 74

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən "Ulduz-reytinq" layihəsi çərçivəsində "Günaydın" restoranının Nərimanov filialında qiymətləndirmə aparılıb.

Yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və "Günaydın" restoranının Nərimanov filialına ən yüksək göstərici sayılan "5 ulduz" sertifikatı verilib.

BAKU.WS xəbər verir ki, "Ulduz-reytinq" layihəsi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi, xidmət keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğun obyektiv şəkildə qiymətləndirilməsini nəzərdə tutur.

Qiymətləndirmə nəticələrinə əsasən müəssisələr 3, 4 və ya 5 ulduzla dəyərləndirilir. Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.

AQTİ əməkdaşları tərəfindən "Günaydın" restoranlar şəbəkəsinin qurucusu Cüneyt Asana "5 ulduz" sertifikatı təqdim olunub. O bildirib ki, restoran bu sertifikatı azərbaycanlı müştərilərin böyük sevgisi və rəğbəti sayəsində qazanıb. Cüneyt Asan çıxışında həmçinin restorana verilən bu dəyərə görə AQTİ-yə təşəkkür edib:

"Bu gün Azərbaycanda olduğuma görə çox qürurluyam. 14 ildən çodur ki burada fəaliyyət göstəririk. 3 restoranımız var, 4-cünü də yaxın zamanda - 2 ay sonra Bilgəhdə açacağıq. Bu müddət ərzində biz Azərbaycanı, Azərbaycan bizi - Günaydın restoranını yaxından tanıdıqca, biz onlar üçün hər şeyi necə daha yaxşı edə bilərik deyə çalışırıq. Hazırda gəldiyimiz nöqtə "5 ulduz" sertifikatıdır. Yəni, bu restorana rahatlıqla gələ bilərsiz. Burada məhsulların ən gözəlini, ən doğrusunu, ən təmizi hazırlayırıq. Buna görə bizə verilən bu sertifikat "Azərbaycanıən ən yaxşı restoranıdır, rahatlıqla gedə bilərsiniz" deməkdir. Bu sertifikatı bizə layiq görən hər kəsə öz təşəkkürümüzü bildiririk. Hər şeydən əvvəl isə Azərbaycan xalqına təşəkkürümü bildirirəm. 14 ildən bəri bizi burada çox seviblər, çox dəstəkləyiblər və hər zaman arxamızda durublar. Bizim bu mükafatı almamızda ən böyük haqq Azərbaycan xalqına düşür".

"Günaydın" restoranlar şəbəkəsi 1965-ci ildən bəri fəaliyyət göstərir. Bu gün bu restoranın dünyada 61 filialı, ümumilikdə isə 2800 işçisi var. Restoranın hədəfi Türkiyənin ləziz mətbəxini dünyada ən gözəl şəkildə tanıtmaqdır. Yaxın Şərqdə və Avropada "Günaydın"ın 22 filialı var. Azərbaycanda da isə sayca 4-cü filialı açılacaq.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralıyev bildirib ki, "5 ulduz" sertifikatı təqdim edilən "Günaydın" restoranının Nərimanov filialı yüksək sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi standartlarına cavab verir. Qurum rəsmisi onu da bildirib ki, "Günaydın" restoranının Nərimanov filialı Bakıda "5 ulduz" sertifikatını əldə edən 5-ci iaşə obyektidir:

"Bu gün AQTİ tərəfindən ulduz reytinqi çərçivəsində həyata keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq "Günaydın" restoranının Nərimanov filialına maksimum - "5 ulduz" təqdim olunub. "Ulduz-reytinq" layihəsi Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi dövlət proqramının müvafiq bəndinin icra edilməsi məqsədilə həyata keçirilir. Burada əsas məqsəd risk göstəriciləri əsasında ictimai-iaşə müəssisələrinin qiymətləndirilməsidir. Layihə çərçivəsində indiyədək 100-ə yaxın müraciət daxil olub. Qiymətləndirmələr ardıcıllıqla aparılır. Artıq paytaxtda 5-ci restorandır ki, maksimum nəticəni əldə edib. Burada restoranın xüsusi əməyi var. Bu, həmin müəssisələrdə yüksək sanitariya-gigiyena qaydalarının və qida təhlükəsizliyi standartlarının tətbiq olunduğunu göstərir".

Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. İaşə obyektləri layihədə iştirak etmək üçün [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərə bilərlər. Əlavə məlumat almaq və ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinq sistemi ilə tanış olmaq istəyən sahibkarlar "1003-Çağrı Mərkəzi" ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər