"Trendyol Plus" Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol"un Azərbaycandakı müştəriləri artıq "Trendyol Plus" loyallıq proqramından istifadə edə bilirlər.
"Trendyol Plus" sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar.
Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol Plus" istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər.
"Trendyol Plus"a qoşulma prosesi olduqca sadədir. Xidmət "Trendyol" mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə "Trendyol Plus" bölməsinə daxil olaraq bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.
"Trendyol" platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.
Oxşar xəbərlər
Azercell "GiqaAddım" ilə addımları internetə çevirir!
Daha çox addımla, daha çox internet qazan! "Azercell Telekom" MMC ilk dəfə olaraq fiziki aktivliyi rəqəmsal mükafatlarla birləşdirən innovativ "GiqaAddım" kampa...