Teymur Fərəcov Azərbaycan rekordunu yenilədi - FOTO

Teymur Fərəcov Azərbaycan rekordunu yenilədi - FOTO
Foto
Promo 162

20 avqust 2023-cü il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Azərbaycan triotlonu üçün tarixi nəticə ilə yadda qalan İRONMAN yarışı keçirilmişdi.

Azərbaycanı bu yarışda 7 idmançımız təmsil edirdi, ən yaxşı nəticəni isə “Trierra” klubunun idmançısı Teymur Fərəcov əldə etdi. Qeyd edək ki, idmançılarımız 3.8 km üzməli, sonra velosipedlə 180 km məsafə qət etməli, ardınca 42.2 km qaçmalı idi. Teymur bu dəfə öz rekordunu 16 dəq 2 saniyyə yeniliyərək “dəmir məsafə”ni 9 saat 56 dəq 6 saniyəyə qət edib.

Fərəcov bununla Azərbaycan triatlonunun tarixinə 10 saatdan tez vaxta məsafəni qət etmiş ilk idmançı kimi düşdü.Qeyd edək ki, bu idmançımızın 2-ci bütöv məsafəsi idi. İlk dəfə o bu məsafəni 2022-ci ildə İtaliyanın Çerviya şəhərində 10 saat 12 dəqiqə 8 saniyəyə qət etmişdi ki, bu da ilk dəfədən ölkənin yeni rekordu olmuşdu. İdmançımıza yeni sezonda güc və uğur arzu edərək daha yeni rekordlara imza atmasını diləyirik!

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər