Sosial ödəniş alanlara şad xəbər!
Pensiya, müavinət və sosial yardım alanlar üçün 35%-dək endirimlər tətbiq olunur!
"Sosial tərəfdaş" layihəsinin icrası nəticəsində yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya alan, müavinət, təqaüd və sosial yardım alan şəxslər, həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üçün geniş imkanlar yaradılıb. Artıq bu kateqoriyalardan olan insanlar bir çox xidmət sahələrindən və məhsullardan 35%-ə qədər endirimlə faydalana bilərlər. Bu təşəbbüs benefisiarlara sosial dəstəyi artırmaq və nağdsız ödənişlərin istifadəsini genişləndirmək məqsədilə həyata keçirilir.
Sosial ödəniş kartları ilə ödəniş zamanı endirimlər necə tətbiq olunur?
Endirim faizləri yalnız sosial ödəniş kartı ilə nağdsız ödəniş etdikdə aktivləşir. Sosial ödəniş kartından pulu nağdlaşdıran və ya digər karta köçürərək istifadə edən şəxslər bu endirimlərdən faydalana bilməzlər. Beləliklə, bu imkanlardan yararlanmaq üçün alış-verişinizi və ödənişlərinizi mütləq sosial ödəniş kartınızla həyata keçirməlisiniz.
Endirim təklif edən şirkətlərin tam siyahısı ilə www.sosialterefdash.az saytının "Partnyorlar" bölməsində tanış ola bilərsiniz.
Sosial ödəniş kartı sahibləri ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən marketlərdən alış-veriş edərkən endirimlərdən faydalana bilərlər. Endirim təklif edən marketlərdən bəziləri ilə tanış olaq:
• Ölkə üzrə geniş filial şəbəkəsi ilə "Bazarstore" və "Al Market";
• "Aygünlü" market (Şabran);
• "Güvən" market (Saatlı);
• "Hüseyn" market (Lənkəran);
• "Spar" market (Şamaxı);
• "Kristal" Ticarət Mərkəzi (Xaçmaz).
Sosial ödəniş kartı sahiblərini aşağıda adları qeyd olunan ayaqqabı və elektronika mağazalarında xüsusi güzəştlər gözləyir:
• "FLO" ayaqqabı və çanta mağazası - Bakı, Sumqayıt və Gəncə şəhərlərində;
• "Baku Electronics".
Tort və müxtəlif şirniyyat məhsullarına endirimlər təklif edən mağazalar:
• "Süfle";
• "Almond Kulinariya".
Sosial ödəniş kartı sahibləri aşağıdakı restoranlarda xüsusi endirimlərdən faydalana bilərlər:
• "McDonald"s";
• "Cofeemania";
• "Doneretto";
• "Özsüt";
• "Əjdaha Dönər".
Sosial ödəniş alan şəxslər üçün bir sıra apteklərdə də endirimlər mövcuddur:
• "Buta" aptek;
• "AVİS" apteklər şəbəkəsi;
• "Həyat" aptek.
Optika:
• "Focus" Optika - Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Şəmkir və Qəbələdə optik eynək, linza və digər məhsullara endirimlər təklif edir.
Sosial ödəniş kartı sahibləri üçün tibb xidmətləri sahəsində də böyük güzəşt imkanları yaradılıb. Bu müəssisələr arasında yer alır:
• "Dünyagöz" Klinikası;
• "Memorial Klinik";
• "Oksigen" Klinik Xəstəxanası;
• "Sumqayıt Hospital";
• "Stimul Hospital";
• "Med Servis" Özəl Tibb Mərkəzi.
Qeyd edək ki, bu tibb müəssisələrində müayinə və müalicələr ən son texnologiyalarla peşəkar həkimlər tərəfindən həyata keçirilir.
Endirimlərdən faydalanmaq üçün ödəniş mütləq sosial ödəniş kartı ilə nağdsız olaraq edilməlidir. Sosial ödəniş kartından pulu nağdlaşdıran və ya başqa karta köçürən şəxslər təklif olunan endirimlərdən yararlana bilməzlər. Partnyor şirkətlərdən sosial ödəniş kartı ilə alış-veriş etdikdə və ya xidmətlərdən faydalandıqda avtomatik olaraq endirim tətbiq edilir.
Sosial ödəniş alan şəxslər bu günədək partnyor şirkətlərin təklif etdiyi imkanlardan istifadə edərək 1 milyondan çox alış-veriş zamanı endirimlərdən faydalanıblar. Bu layihə sosial dəstəyin artırılması, nağdsız ödənişlərin təşviq edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə icra olunur.
Sosial ödəniş kartı sahiblərinə təklif olunan bu güzəştlər onların gündəlik xərclərini azaltmaqla yanaşı, daha çox sahədə xidmətlərdən sərfəli şərtlərlə faydalanma imkanlarını da genişləndirir. Təklif olunan bu endirimlərdən səmərəli istifadə etmək üçün alış-veriş və xidmətlərdən istifadə etdikdə hesabı sosial ödəniş kartınızla həyata keçirməyi unutmayın!
Ətraflı məlumat üçün www.sosialterefdash.az saytına daxil olub "Partnyorlar" bölməsinə keçmək lazımdır.
Oxşar xəbərlər
Sıfır faizlə mənzil krediti axtaranların diqqətinə!
"Park Yasamal" yaşayış kompleksi sərfəli və rahat şərtlərlə mənzil sahibi olmaq istəyənlər üçün unikal fürsətlər təqdim edir. Burada faiz və komissiya olmadan s...