Saç əkimi haqqında nələri bilməliyik? - Cavabı İstanbul NS Klinikada - FOTO

Saç əkimi haqqında nələri bilməliyik? - Cavabı İstanbul NS Klinikada - FOTO
Promo 114

İstanbul NS Klinikasının Saç Əkimi şöbəsi 2009-cu ildən etibarən fəlaiyyət göstərir. Müxtəlif üsullarla saç əkimi, qaş əkimi, saqqal əkimi kimi bir çox xidmətlər həyata keçirilir. Limitsiz saç əkimi edən şəxslərə PRP, ilkin yuma və yuma seti klinika tərəfindən hədiyyə edilir. Təsadüfü deyil ki, bir çox sənət adamları və tanınmışlar saç əkimi, qaş əkimi və digər estetik prosedurlar üçün İstanbul NS Klinikanı seçir. Keyfiyyətli işin ən göz qabağında olan referanslarıdır. Klinika müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Məhs bu səbəbdən icra edilən əməliyyat və prosedurlar son dərəcə ağrısızdır. Bundan başqa klinikada tibbi gigiyenik qaydalara maksimum səviyyədə riayət edilir.

Saç Əkimi Haqqında Nələri Bilməliyik?

Günümzdə saç tökülməsi problemi erkən yaşlarda özünü göstərən bir problemdir. Ən çox kişilərdə 20-30 yaşlarda başlayan bu problemə qadınlarda da rast gəlinir. Saç tökülməsi genetik, hormonal pozğunluqlar və digər xəstəliklər səbəbindən yarana bilər. Erkən yaşlarda saç tökülməsi əsasən hormonal natarazlıq və vitamin pozğunluğundan meydana gələ bilir. Saç tökülməsi problemi olan şəxslər ilk öncə ciddi sağlıq nəzarətindən (yoxlanışından) keçməlidirlər. Saç tökülməsinin əsas səbəbi aşkarlanmalıdır. Yalnız bundan sonra saç əkimi prosesinə keçid almaq olar.

Hansı Saç Əkimi Üsulları var?

İstanbul NS Klinika Saç Əkimi şöbəsində müasir tibbin ən çox istifadə edilən FUE və DHİ metodları ilə saç əkilir.

Sapfir FUE Saç Əkimi :

Bu üsulla əkim kanalları adi metal ucluq yerinə sapfir ucluqla açılır.

Bunun əsas üstünlüyü metal ucluqda olduğunun əksinə, bu üsulla saç kanalları daha sıx və hamar olur. Nəticədə toxumalar ən az səviyyədə zədələnir və daha az qabıq bağlayır. Bununla da əkim sonrasında dəridə heç bir iz qalmır və sağalma müddəti daha sürətli olur. Bu üsulda saçlar saçın çıxma istiqaməti ilə eyni əkildiyi üçün daha təbii görünüşə malik olur və saçın əslindən heç nə ilə fərqlənmir.

Sapfir FUE Saç Əkiminin Üstünlükləri :

-Sapfir uclar vasitəsiylə əkilmə həyata keçirilir

-Saçların sıxlığı daha çox olur

-Toxumalarda zədələnmələr daha az olur

-Sağalma müddəti daha tez olur

-Əkim sonrası iz demək olar ki, qalmır

-Daha təbii görünüş olur

-Sağalma müddəti daha rahat keçir

DHİ (Təraşsız) Saç Əkimi ;

Müasir dövrdə ən geniş yayılmış saç əkimi metodlarından DHİ metodunda adından da görüldüyü kimi təraşa gərək olmur. Bu metodda var olan saçlara zərər verilmədən saçların seyrək olduğu bölgələrə fokuslanılır. Bu üsulla saçlar daha təbii görünüş alması ilə yanaşı, şəxs gündəlik həyatına daha tez qayıdır. Əkim öncəsi xüsusi müasir avadanlıqlarla əkim ediləcək və donor bölgənin saç dibi analiz edilir. Sonrasında ənsə bölgəsinə (donor bölgəyə) lokal anesteziya icra edilir. Əkim ediləcək bölgənin çizimləri icra edilir. Donor bölgədən köklər alındıqdan sonra əkim icra edilir.

İstanbul NS Klinikası Saç Əkimi şöbəsində sadalanan üsullarla saç əkimi icra edilir. Ağrısız və keyfiyyətli işimizin qarantiyası sizin xoşbəxt təbəssümünüzdür.

Mezoterapiya

Saçlarda seyrəkləşmə, tökülmə, gücsüzləşmə estetik baxımdan heç nə yaxşı bir görünüş deyildir. Bu hal şəxsləri sosial və psixoloji baxımdan da təsirində saxlayır.

Bu kimi hallarda tərcih edilən üsullardan biri də saç mezoterapiyasıdır. Bu üsulla saç dibi qidalandırılır. Saçlar gücləndirilir və saç tökülməsi ən aza endirilir. Bu sayədə saç tökülməsinin qarşısı alınır və yeni saçların çıxmağı üçün əlverişli saç dibi olur.

Mezoterapiya adını dərinin orta təbəqisinin (mezodermin) adından alır. Bəsləyici və vitaminləndirici qarışıq məhs dərinin bu nahiyyəsinə injektə edilir. Bu saç dibini gücləndirərək daha sağlam saçların çıxmağına şərait yaradır.

PRP Saç Müalicəsi

Bu üsulla şəxsin öz qanı alınaraq itirilmiş saç bölgəsinə inyeksiya edilir. Şəxsdən alınan qan laboratoriya şəraitində xüsusi mərkəzdənqaçma cihazında prosesdən keçirilir. Nəticədə daha təsirli məhlul əldə edilir. Bu üsul həm təklikdə həm də əkimdən sonra da icra edilə bilər. Əkim sonrasında icra edildiyi halda daha mükəmməl nəticə əldə edilir.

Qaş Əkimi

Əksər hallarda qadınlarda görünən qaşsızlıq müxtəlif səbəblərdən yarana bilir. Hormonal pozğunluqlar, genetik problemlər, qəbul edilmiş preparatlar, müxtəlif xəsarətlər səbəbindən qaşlar tökülə bilir. Klinikamızda sadalanan bütün hallara müvafiq olaraq qaş əkimi icra edilir. Günümüzdə xanımların üz tutduğu digər bir metod tatuajdır. Lakin bu üsul qeyri-təbii görünüş yaradır. Qaş əkimi üsulunda isə qaşlar əslindən seçilmir.

Siz də saç, saqqal və qaş tökülməsindən əziyyət çəkirsinizsə vaxt itirmədən İstanbul NS Klinikası Saç Əkimi şöbəsinin mütəxəssislərinə müraciət edin. Müayinələr ödənişsizdir. Klinikada icra edilən bütün əməliyyatlar müasir texnologiya ilə tam ağrısız şəraitdə peşəkarlar tərəfindən icra olunur.

Son xəbərlər