Türkiyəli məşhur həkim Op. Dr. Baha Toygar Eynəkdən və linzalardan sizi azad etmək üçün Dünyagözdə

Türkiyəli məşhur həkim Op. Dr. Baha Toygar Eynəkdən və linzalardan sizi azad etmək üçün Dünyagözdə
Promo 5

Op. Dr. Baha Toygar 20-23 dekabr tarixlərində xəstələrini Bakı Dünyagöz xəstəxanasında qəbul edəcək.

Miyopiyadan, Hipermetropiyadan və Astiqmatizmdən Təhlükəsiz şəkildə qurtulmaq mümkündür.

Lazer əməliyyatı ilə eynək və linzalarınızdan ömürlük qurtula bilərsiniz. Lazer sayəsində 8 dərəcəyə qədər olan miyopiya, 6-ya qədər olan astiqmatizm, 4-ə qədər olan hipermetropiya sıfırlana bilər.

Dünya Göz Xəstəxanası Oftalmologiya Mütəxəssisi Op. Dr. Baha Toygar

Lazer müalicəsi kimlərə tətbiq olunur?

* Lazer müalicəsi görmə qüsuru olan xəstələrə (miyopiya, hipermetropiya və astiqmatizmi olanlar) eynək və linzalarından qurtulmaq üçün tətbiq edilir.

* Yaşı 18-dən yuxarı olan, son 2 ildə göstəricilər 0,50 dioptridən çox irəliləməyən və ya geriləməyən, buynuz qişa quruluşu uyğun olan şəxslərə tətbiq oluna bilər.

* 8 dərəcəyə qədər miopiya, 6 dərəcəyə qədər astiqmatizm, 4 dərəcəyə qədər hipermetropiya lazerlə sıfırlana bilər.

Gözün lazerə uyğun olduğunu necə bilmək olar?

Lazerin uyğunluğunu müəyyən etmək üçün bir çox mühüm müayinələr aparılır. Əvvəlcə gözün buynuz qişasının xəritəsi hazırlanır, sonra paximetriya ölçüləri aparılır. Paximetriya ilə buynuz qişanın qalınlığı ölçülür. Yekun müayinə isə fərdiləşdirilmiş wavefront-dur. Bu müayinələr ilə müalicə nəticəsi ilə uyğunluq proqnozlaşdırılır və insanın göz quruluşuna ən uyğun müalicə tövsiyə edilir.

Lazerdə tətbiq olunan üsullar hansılardır?

Xəstənin göz quruluşundan asılı olaraq fərdi müalicə üsulları təklif olunur. Uyğun buynuz qişa quruluşuna malik xəstələrə iLASIK üsulları tövsiyə edilərkən, bəzi xəstələrə buynuz qişanın incəliyinə görə PRK üsulu tətbiq oluna bilər. Bu əməliyyat üçün ideal buynuz qişa qalınlığı lazımdır. Çoxlu analizlər edildikdən sonra ətraflı müayinə ilə əməliyyat qərarı verilməlidir. Bu əməliyyatlarda xəstəyə doğru müalicə növünün tətbiqi çox əhəmiyyətlidir.

Lazer müalicəsində yenilik varmı?

Bir vaxtlar lazerlə bıçaqla edilən müalicə dövrünün indi tarixə çevrildiyini deyə bilərik. Bıçaqsız həyata keçirilən ən müasir femtosaniyə lazer və ilasik lazer əməliyyatları ilə əməliyyat zamanı problem riski çox azdır. Həmçinin, gecə görmə problemləri həll edildi. Məqsədli nömrə korreksiyasının təmin edilməməsi kimi risklər aradan qalxdı. 20 ilin sonunda gəldiyimiz nöqtədə lazer texnologiyaları çox inkişaf edib. Bu gün biz bıçaqsız texnologiyanın ən son üsulu olan 5-ci nəsil 150 Hz texnologiyası ilə işləyirik. Bu, əldə etməyi hədəflədiyimiz nəticə baxımından bizə böyük məmnunluq verir.

Fərdi müalicə üsulu nədir?

Fərdi müalicə üsulu iLASIK wavefront və Femtosaniyə texnologiyasını birləşdirən müalicə üsuludur. Hər bir insanın göz quruluşu barmaq izi kimi fərqlidir. İLASIK metodu insandan insana olan fərqləri nəzərə alır və göz quruluşuna görə müalicəni planlaşdırır. NASA və Amerika ordusu tərəfindən təsdiqlənmiş lazer texnologiyasıdır.

Lazım gələrsə, gələcəkdə lazer əməliyyatı keçirən şəxs yenidən əməliyyat oluna bilərmi?

Əməliyyatın təkrarlanması lazım olduqda göz göstəriciləri uyğun olarsa, şəxsə yenidən lazer tədbiq oluna bilər. Bundan əlavə, lazer əməliyyatı olunan insanların yaşa dolduqca katarakt əməliyyatı etdirmələrinə heç bir maneə yoxdur. Gözün orta təbəqəsinə lazer tətbiq edilərkən, gözün ön hissəsinə katarakta əməliyyatı edilir.

Lazer olunan insanın gözluk nömrəsinin geri qayıtması riski varmı?

Lazer müalicəsi olan xəstənin göz nömrələri irəliləmir. Həkimin əməliyyatın müvəffəqiyyəti ilə bağlı bir fikri varsa, əməliyyatdan əvvəl ətraflı müayinə zamanı xəstədə qala biləcək göz nömrəsi haqqındə xəstəni məlumatlandırır. Yenidən lazer tələb olunduğu hallarda prosesin təkrarlanmasına heç bir maneə yoxdur.

Ciddi problemlər yarada bilərmi?

Hazırda ən son texnologiyaların istifadəsi ilə qorxacaq bir şey yoxdur. Çünki heç bir iynə və tikişlər istifadə edilmir. Ümumi anesteziya verilmir. Yalnız göz damcılarının anesteziyası ilə anesteziya edilməsi ilə prosedur çox qısa müddətdə tamamlanır. Ən böyük qorxulardan biri də “Gələcəkdə katarakta kimi problemim olsa, müalicə oluna bilərəmmi?” sualıdır. Lazer heç bir göz xəstəliyinə səbəb olmur və gələcəkdə baş verə biləcək bir xəstəliyin müalicəsinə təsir etmir. Gözün tanınmasının müasir sistemi "qüzehli qişa qeydiyyatı" sistemi xətaların qarşısını alır. Göz hərəkətlərini 3 ölçüdə izləyən eye-tracker kilidləmə sistemi ilə müalicə həssas və təhlükəsiz şəkildə həyata keçirilir.

Qutu...

Çox yüksək rəqəmlərə

Billur əməliyyatı

ICL müalicəsi nədir?

Lazerin düzəldə bilmədiyi çox yüksək göz dərəcələri müalicə edir. ICL göz daxili linzaları 18-50 yaş arası miyopiyası, hipermetropiyası və astiqmatizmi olan bütün şəxslərə tətbiq oluna bilər. 50 yaşdan yuxarı xəstələrdə yaşla bağlı yaxın görmə problemləri yarana biləcəyi üçün başqa linzalar tövsiyə olunur.

Üstünlükləri nələrdir?

* Lazer müalicələrində buynuz qişa toxuması qasınılır. İCL (Implantable Contact Lens) müalicəsində xəstənin öz billuru göz daxili linzaları ilə buynuz qişaya zərər vermədən əvəz olunaraq miyopiya, hipermetropiya və astiqmatizm müalicə olunur.

* Buynuz qişa toxuması götürülmədiyi üçün görmə keyfiyyətinin daha yaxşı olduğunu söyləmək mümkündür.

* Ən əhəmiyyətli üstünlüyü geri dönüşlü bir üsul olmasıdır. Lazım gələrsə, göz daxili linzalar çıxarıla və başqa bir linza ilə əvəz edilə bilər.

Əməliyyat nə qədər zaman aparır?

Bu əməliyyatlar damcı anesteziyası və ya ümumi anesteziya ilə edilə bilər. Burada xəstənin istəyi də önəmlidir. Gözə 2-2,5 mm kəsiklə linza yeridilir. Əməliyyat 5-6 dəqiqə çəkir. Əməliyyatdan sonra gözdaxili təzyiqə nəzarət etmək üçün xəstə bir neçə saat müşahidə altında saxlanılır. Daha sonra evə buraxılır. Ağrı və tikiş olmadığı üçün xəstə ertəsi gün normal həyatına qayıdır. Katarakta əməliyyadında olduğu kimi damcılar təyin edilir. 30 günün sonunda xəstə nəzarətə çağırılır.

Son xəbərlər