"Poz-Qazan" avqustda 11 böyük uduş qazandırıb

Poz-Qazan avqustda 11 böyük uduş qazandırıb
Foto
Promo 165

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC-nin "Poz-Qazan" oyunları avqust ayında 11 böyük uduşla sahiblərini sevindirib.
 
Bakıda ötən ay "Prestij" lotereyasında 50 000 manat udulub. "Prestij"dən eyni məbləğ Bərdədə Elçin İsmayılzadəyə də qismət olub. Bakı və Sumqayıtda "Prestij"dən həm də 5 000 manat qazanılıb. Şanslı qaliblərdən biri Sərvin Məmmədov olub.
 
"Qızıl" lotereyasında da 2 böyük uduş – 25 000 manat qeydə alınıb. Uduşlar Bakıda Faiq Əsədullayev, Qəbələdə isə Fəqan Şeydayevin bəxtinə çıxıb.
 
Sumqayıtda "Göz muncuğu", Sabirabadda "Uğurlu 7" və Bakıda "Papaq at" lotereyasından da 10 000 manat qazanılıb.
 
"Qızıl Ekstra" lotereyasında isə 2 şanslı qalibə 10 000 manat nəsib olub. Uğurlu biletlər Bakı və Cəlilabaddan alınıb.
 
Qeyd edək ki, "Poz-Qazan" oyunlarında 25 000-dən 500 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri "Azərlotereya"  satış nöqtələri və "Misli" məntəqələri , "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin "Wolt"dan sifariş vermək mümkündür.

Son xəbərlər